ATƏT sədrinin Gürcüstana gəlişi aləmi bir-birinə qatdı - VİDEO

ATƏT sədrinin Gürcüstana gəlişi aləmi bir-birinə qatdı - VİDEO

Hazırda oxunan: ATƏT sədrinin Gürcüstana gəlişi aləmi bir-birinə qatdı - VİDEO

575418

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin hərəkətlərini pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə o, X-də paylaşım edib.

“Finlandiya nazirinin və ATƏT sədrinin hərəkətləri Gürcüstan qanunvericiliyini, həmçinin Vyana Konvensiyasının 41-ci maddəsini (Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası — diplomatların ölkənin daxili işlərinə qarışmamaq öhdəliyi) pozur”, – deyə Papuaşvili yazıb.
 

O əlavə edib: “O, gürcü xalqına göstərir ki, zorakı çevriliş təşkilatçılarını dəstəkləyir və qaydalara əsaslanan beynəlxalq nizamın onun üçün heç bir mənası yoxdur. Üstəlik, görünür, Finlandiya hakimiyyəti Helsinkidə yolu bağlayan etirazçılara qarşı Tbilisidəkilərdən daha az dözümlüdür.”


Qeyd edək ki, bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Finlandiyanın xarici işlər naziri ilə planlaşdırılmış görüşü ləğv edib.
 

“Qərar Elina Valtonenin qanunsuz mitinqdə iştirak etməsi və yalan bəyanatlar yayması səbəbindən qəbul olunub”, – deyə Gürcüstan hökumətinin açıqlamasında bildirilib.


Xatırladaq ki, bir gün öncə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Tbilisidə parlament binası qarşısında etiraz edənlərlə görüşüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO