6 xarici vətəndaşın ABŞ-a vizaları ləğv olundu – SƏBƏB

6 xarici vətəndaşın ABŞ-a vizaları ləğv olundu – SƏBƏB

Hazırda oxunan: 6 xarici vətəndaşın ABŞ-a vizaları ləğv olundu – SƏBƏB

575377

ABŞ Dövlət Departamenti bəyan edib ki, amerikalı ictimai xadim Çarli Kirkın qətli ilə bağlı sosial şəbəkələrdə “təsdiq və ya razılıq” bildirən altı xarici vətəndaşın vizaları ləğv olunub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat qurumun “X” sosial şəbəkəsindəki səhifəsində yer alıb.

Departament vurğulayıb: “ABŞ, amerikalıların ölümünü arzulayan xariciləri qəbul etməyə borclu deyil.”
 

Vizası ləğv edilənlər Argentina, Cənubi Afrika, Meksika, Braziliya, Almaniya və Paraqvay vətəndaşlarıdır. Dövlət Departamenti əlavə edib ki, bu, “ABŞ-da artıq arzuolunmaz hesab edilən bir neçə nəfərin sadəcə nümunəsidir.”


Xatırladaq ki, Çarli Kirk 10 sentyabrda Yuta Vadisi Universitetində çıxışı zamanı güllələnərək öldürülüb. Təqsirləndirilən şəxs, Yuta ştatının sakini Tayler Robinson Kirkın siyasi baxışlarını açıq şəkildə tənqid edirdi.

Donald Tramp oktyabrın 14-də Çarli Kirkın ad günündə, onu ölümündən sonra ABŞ-ın ali mülki təltiflərindən biri olan Prezident Azadlıq Medalı ilə mükafatlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO