ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Cənubi Qafqaz üzrə regional səfəri çərçivəsində nəzərdə tutulan Azərbaycana səfəri təxirə salınıb.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Finlandiya XİN rəhbərinin Azərbaycana səfəri 13 oktyabrda başlanmalı idi, lakin Prezident İlham Əliyevin Yaxın Şərq üzrə Sülh Sammitində iştirakı səbəbindən səfərin tarixi dəyişdirilib.
Hazırda səfərin yeni vaxtı diplomatik kanallar vasitəsilə razılaşdırılır.
Qeyd edək ki, Valtonen 14 oktyabrda Ermənistana səfər edib, sabah isə Gürcüstana yollanacaq.
Yeri gəlmişkən, Elina Valtonen İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bəyan edib ki, Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunun ləğv prosesi dekabrın sonuna qədər başa çatacaq. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:28 / 14.10.2025
ATƏT sədrinin Azərbaycana səfəri TƏXİRƏ SALINDI
Hazırda oxunan: ATƏT sədrinin Azərbaycana səfəri TƏXİRƏ SALINDI
Hazırda oxunan: ATƏT sədrinin Azərbaycana səfəri TƏXİRƏ SALINDI
575253
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.