NATO-nun Baş Katibi Mark Rutte son çıxışlarında Rusiyanın Avropa hava məkanında son vaxtlar artan təxribatçı uçuşlarını sərt şəkildə qınayıb, eyni zamanda alyansın bu kimi hallara cavabında eskalasiyadan çəkinərək ölçülü və çevik davranacağını vurğulayıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Onun sözlərinə görə, müttəfiqlərin gücü Rusiyaya nisbətən üstün olduğundan birinci saatlarda dərhal hücum etməməli, daha məqsədəuyğun olan “həssas, proporsional” tədbirlər görməlidir:
“Əgər dərhal və açıq təhlükə yoxdursa, NATO daha yumşaq, lakin effektiv tədbirlərlə – məsələn, təyyarələri müşayiət etmək, radar və hava nəzarətini gücləndirmək, diplomatik nota vermək və s. – reaksiya verə bilər. Bu, həddən artıq eskalasiya riskini azaltmaq məqsədi güdür”.
Qeyd edək ki, Ruttenin mesajı ikitərəflidir, bir tərəfdən NATO Rusiyanın təxribatlarını ciddi qəbul edir və lazım gəldikdə sərt addımlar ata bilər; digər tərəfdən isə alyans eskalasiyanı önləmək üçün ölçülü, hesablanmış və koordine edilmiş cavablar verəcək. Bu yanaşma həm müdafiə qabiliyyətini göstərməyi, həm də müharibəyə səhvən sürüklənmə riskini azaltmağı hədəfləyir.
Bizim.Media