"Polşa artıq Ukraynadan gələn miqrantları qəbul edə bilməz".
Bizim.Media xəbər verir ki, bu barədə RMF FM radiosunda Polşa prezidenti dəftərxanasının nümayəndəsi Marçin Pşidaç məlumat verib.
Ölkə rəsmisi mövqeyini belə izah edib: "Düşünmürəm ki, biz bundan sonra Ukrayna vətəndaşlarını qəbul edə bilərik. Onların inkulturasiyası (fərdin sosial həyat və mədəniyyət normalarını mənimsəmə prosesi) prosesinə başlamalıyıq. Bu, təhsil vasitəsilə həyata keçirilə bilər, lakin biz ayrı-ayrı rayonların yaradılmasına yol verməməliyik".
Yada salaq ki, sentyabrın sonunda Polşa Prezidenti Karol Navroçki vətəndaşlıq almaq üçün minimum yaşayış müddətini 3 ildən 10 ilə qədər artıran qanun layihəsi təqdim edib.
Bizim.Media