Madaqaskar Prezidenti Andri Radzuelina ölkədən qaçmasının səbəbini açıqlayıb. O, bildirib ki, hərbi çevriliş cəhdindən sonra həyatına real təhlükə yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Prezidentin sözlərinə görə, Afrika qitəsinin bir neçə lideri ölkədə sabitliyin bərpası üçün sülhməramlı qüvvələr göndərməyi təklif etsələr də, o, bu təklifi rədd edib.
Radzuelina hazırda təhlükəsiz yerdə olduğunu, Madaqaskar xalqına sədaqətini və ölkəyə qan tökülmədən sülhün qaytarılacağına inandığını vurğulayıb.
Xatırladaq ki, Madaqaskar prezidenti Andri Radzuelina ölkəni Fransa Prezidenti Emmanuel Makronun razılığı və yardımı ilə tərk edib.
Məlumata əsasən, Radzuelina Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə təxliyə olunub. Səbəb kimi ölkədə kütləvi etirazlar və hərbi qiyam təhlükəsi göstərilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:12 / 14.10.2025
Madaqaskar prezidenti ölkədən qaçmasının səbəbini açıqladı - VİDEO
Hazırda oxunan: Madaqaskar prezidenti ölkədən qaçmasının səbəbini açıqladı - VİDEO
Hazırda oxunan: Madaqaskar prezidenti ölkədən qaçmasının səbəbini açıqladı - VİDEO
575170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.