Maduro Nobel Sülh Mükafatı laureatını “cadugər şeytan” adlandırdı

Maduro Nobel Sülh Mükafatı laureatını “cadugər şeytan” adlandırdı

Hazırda oxunan: Maduro Nobel Sülh Mükafatı laureatını “cadugər şeytan” adlandırdı

575169

Venesuela prezidenti Nikolas Maduro Nobel Sülh Mükafatı laureatı, müxalifət lideri Mariya Korina Maçadonu “cadugər şeytan” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, televiziya çıxışı zamanı bildirib.

Onun sözlərinə görə. Venesuela xalqının əksəriyyəti, “əlli yox, səksən, doxsan faiz” bu qadını və onun siyasətini rədd edir:

“Bu qadın özünü xilas edən kimi təqdim edir, amma əslində o, Venesuelanı qarışıqlığa, nifrətə və imperiya maraqlarına satmaq istəyən cadugər şeytandır”, – deyə Maduro vurğulayıb.

Prezident əlavə edib ki, xalq artıq “yalançı liderlərin” arxasınca getməyəcək və ölkədə xarici qüvvələrin təsiri altında yaradılan planlarına yer qalmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO