Məşhur müğənni Madonna həmkarı Britni Spirslə turneyə çıxmağı çox arzuladığını bildirib.
Bizim.Media xəbər verir ki, pop ulduzu Spirslə məşhur öpüşməsini təkrarlamaq niyyətində olduğunu da xüsusi vurğulayıb.
63 yaşlı Madonna iki gün öncə “Instagram” hesabından etdiyi canlı yayımda heyranlarının suallarını cavablandırarkən bunları deyib:
“Yenidən turneyə çıxmaq istəyərdim. Bu barədə Britninin nə düşündüyünü deyə bilmərəm. Ancaq bu çox gözəl olardı. Həmin öpüşü təkrarlaya bilərdik”.
Qeyd edək ki, Madonna və Britni Spirs 2003-cü ildə MTV “Musiqi mükafatları” mərasimində ikonik öpüşmə ilə yadda qalmışdılar.
Bizim.Media