Lukaşenko Putinin ad günü üçün hansı hədiyyəni hazırlayıb?

Lukaşenko Putinin ad günü üçün hansı hədiyyəni hazırlayıb?

Hazırda oxunan: Lukaşenko Putinin ad günü üçün hansı hədiyyəni hazırlayıb?

574928

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinə ad günü münasibətilə şəxsən hədiyyə təqdim etməyi planlaşdırır: Valam adasının mənzərələrini əks etdirən gözəl bir tablo.

Bizim.Media xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont “Belarus 1” telekanalının efirində məlumat verib.

“Rusiya prezidentinə bizim prezident hədiyyəsini mütləq şəxsən təqdim edəcək. Onlar bu barədə razılığa gəliblər ” – deyə Eysmont bildirib.

Onun sözlərinə görə, tablo məşhur belaruslu rəssam Maslenikovun xüsusi sifarişi ilə çəkilib və “Valamın sadəcə möhtəşəm mənzərələrini” təsvir edir.

Telekanalın jurnalistləri dəqiqləşdiriblər ki, Lukaşenko Putinə hədiyyəni onun 7 oktyabrda qeyd olunan ad gününə hazırlasa da, bunu Düşənbədə keçirilən MDB sammiti zamanı təqdim etməyib. Bu isə iki liderin şəxsi görüşə hazırlaşdıqlarına işarə kimi qiymətləndirilir.

Kremlin jurnalisti Aleksandr Yunaşev xatırladıb ki, müxtəlif illərdə Putin ad günündə çox fərqli hədiyyələr alıb — özünə həsr olunmuş lətifələr toplusu, büllur timsah, erotik təqvim və s. 2008-ci ildə isə ona “Maşa” adlı Ussuri pələng balası bağışlanmışdı. Heyvan bir müddət Novo-Oqaryovodakı iqamətgahda yaşadıqdan sonra Gelencik zooparkına göndərilmişdi.

Yunaşevin sözlərinə görə, “ən ağır hədiyyə” isə Lukaşenkonun 2022-ci ildə bağışladığı “Belarus” markalı traktor olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO