Əfqanıstan Pakistanla sülh istəyir - Nazirdən AÇIQLAMA

Əfqanıstan Pakistanla sülh istəyir - Nazirdən AÇIQLAMA

Hazırda oxunan: Əfqanıstan Pakistanla sülh istəyir - Nazirdən AÇIQLAMA

574920

Kabil İslamabadla sülh münasibətlərinə üstünlük verir, lakin lazım gələrsə, təhlükəsizliyini qorumağa hazırdır.

Bizim.Media xəbər verir ki, bunu Nyu-Dehlidə səfərdə olan Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi deyib.

"Biz Pakistanla sıfır gərginlik və dinc münasibətlər istəyirik. Lakin münasibətlər səhv idarə olunarsa, biz təhlükəsizliyin necə təmin olunacağını da bilirik", - o deyib.

XİN rəhbəri həmçinin əlavə edib ki, Pakistan Əfqanıstanı günahlandırmaq əvəzinə öz nəzarət-buraxılış məntəqələrinə nəzarət etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO