Yaxın Şərqdə münaqişənin başa çatmasından sonra Qəzza sektorunun bərpasına ən böyük iqtisadi töhfəni ərəb ölkələri verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
Vensin sözlərinə görə, ABŞ-ın bu prosesdə rolu əsasən diplomatik səviyyədə olacaq:
“Əslində bu, Birləşmiş Ştatlardan böyük resurs tələb etməyəcək. Bizim əsas töhfəmiz daimi nəzarət və diplomatik iştirakdan ibarət olacaq. Qalan maliyyə resursları isə Fars körfəzi ölkələrindən gələcək”, – deyə Vens qeyd edib.
ABŞ rəsmisi əlavə edib ki, ərəb dövlətləri Qəzzanı bərpa etməkdə maraqlıdırlar:
“Onlar istəyirlər ki, Qəzzada yaşayan insanlar təhlükəsiz və rifah içində yaşasınlar”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
02:43 / 13.10.2025
Qəzzanı bu ölkələr bərpa edəcək
Hazırda oxunan: Qəzzanı bu ölkələr bərpa edəcək
Hazırda oxunan: Qəzzanı bu ölkələr bərpa edəcək
574911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.