Vens: ABŞ qoşunlarını Qəzza və ya İsraildə yerləşdirməyi planlaşdırmır

Vens: ABŞ qoşunlarını Qəzza və ya İsraildə yerləşdirməyi planlaşdırmır

Hazırda oxunan: Vens: ABŞ qoşunlarını Qəzza və ya İsraildə yerləşdirməyi planlaşdırmır

574900

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında və ya İsrail ərazisində Amerika qoşunlarını yerləşdirməyi planlaşdırmır və 200 hərbçinin göndərilməsinə hazırlaşdığı barədə mediada yayılan məlumatları təkzib edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens NBC News telekanalına verdiyi müsahibədə bildirib.
 

“Biz orada qoşun yerləşdirməyi planlaşdırmırıq,” – deyə Vens NBC News-un məlumatını şərh edərkən bildirib. O izah edib ki, ABŞ Mərkəzi Komandanlığının artıq regionda şəxsi heyəti var və bu heyət “atəşkəsin şərtlərinə riayət olunmasına nəzarət edəcək” və humanitar yardımın çatdırılmasını təmin edəcək.


“Bizim bu bölgədə insanlarımız var və onlar sülh təklifinin bəzi maddələrinin yerinə yetirilməsinə nəzarət edəcəklər, lakin prezident İsraildə qoşun yerləşdirməyi planlaşdırmır,” – deyə vitse-prezident vurğulayıb. (TASS)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO