Madaqaskarda hərbçilər də etirazçılara qoşuldu

Madaqaskarda hərbçilər də etirazçılara qoşuldu

Hazırda oxunan: Madaqaskarda hərbçilər də etirazçılara qoşuldu

574899

Madaqaskar Prezident Administrasiyası ölkədə hakimiyyəti zorla ələ keçirməyə cəhd barədə məlumat yayıb.

Bizim.Media “Əl Cəzirə”yə istinadla xəbər verir ki, bir neçə hərbi qulluqçu Prezidentin istefasını tələb edən nümayişçilərə qoşulub.

Bildirilir ki, xüsusilə, 2009-cu ildə indiki Prezident Andri Rajoelinanın hakimiyyətə gəlməsinə dəstək vermiş CAPSAT elitar bölməsinin üzvləri həmkarlarını əmrlərə tabe olmamağa və sentyabrın 25-dən başlayan gənclər rəhbərliyindəki etirazlara dəstək verməyə çağırıblar.

Qeyd edək ki, başlanğıcda “Z nəsli” adlandırılan etirazçılar elektrik və su kəsintilərinin artmasına qarşı etiraz etdiklərini bildirirdilər. Lakin nümayişlər tezliklə qarşıdurmalar, talan və polis və jandarm ilə toqquşmalara çevrilib. Daha sonra etirazçılar siyasi tələblər irəli sürərək hökumətin və dövlət başçısının istefasını tələb etməyə başlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO