Qırğızıstan və Tacikistan atəşkəslə bağlı razılığa gəldi – Əlavə qüvvələr çıxarılır

Qırğızıstan və Tacikistan atəşkəslə bağlı razılığa gəldi – Əlavə qüvvələr çıxarılır

Hazırda oxunan: Qırğızıstan və Tacikistan atəşkəslə bağlı razılığa gəldi – Əlavə qüvvələr çıxarılır

57489

Qırğızıstan və Tacikistan rəsmiləri atəşkəs və sərhəd münaqişəsi baş verən əraziyə yerləşdirilən əlavə qüvvələrin çıxarılması barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

KTMT yenidən hərəkətə keçdi: Qırğızıstan-Tacikistan MÜHARİBƏSİ?


“Tam atəşkəsin bərpası, tərəflərin hər birinin sərhədə cəlb etdiyi əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə qaytarılması, Batken-İsfanə magistral yolu ilə hərəkətin açılması, habelə birgə patrul xidməti haqqında razılıq əldə olunub. Münaqişənin qarşısını almaq üçün Qırğızıstan və Tacikistanın hüquq-mühafizə orqanlarının əməkdaşları sərhədyanı ərazilərə yerləşdirilib”, - məlumatda deyilir.

Sərhəd Xidmətinin məlumatına görə, görüş zamanı iki ölkənin nümayəndə heyətləri iki dövlətin sərhədçiləri arasında münaqişənin başladığı Tort-Koço bölgəsinə də baş çəkiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO