Çuvaşiya Respublikasında 72 yaşlı rusiyalı təqaüdçü bir sahibkarı öldürməkdə ittiham olunaraq 12 il ciddi rejimli həbs cəzasına və 70 min rubl məbləğində cəriməyə məhkum edilib.
Bizim.Media xəbər verir ki, məhkəmənin müəyyən etdiyinə görə, təqsirləndirilən şəxs və zərərçəkmiş arasında şəxsi ədavət olub. Yanvarın 2-də diqqət çəkməmək və kimliyini gizlətmək məqsədilə təqaüdçü Şaxta Baba kostyumu geyinərək Kanaş şəhərindəki mağazaya daxil olub və iki lüləli tüfəngdən düzəltdiyi obrezlə sahibkara atəş açıb. Nəticədə kişi ölüb.
İlkin dindirmələr zamanı kişi cinayətlə əlaqəsini inkar edib. Lakin istintaq tədbirləri onun ifadələrini təkzib edib və cinayətə birbaşa aidiyyəti olduğunu sübut edib. Xüsusilə, Şaxta Baba kostyumunda tanıma və səs üzrə identifikasiya aparılıb. /lent.az
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:16 / 12.10.2025
Rusiyada Şaxta baba iş adamını öldürdü
Hazırda oxunan: Rusiyada Şaxta baba iş adamını öldürdü
Hazırda oxunan: Rusiyada Şaxta baba iş adamını öldürdü
574877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.