Dünyanın ən gözəl paytaxtı

Dünyanın ən gözəl paytaxtı

Hazırda oxunan: Dünyanın ən gözəl paytaxtı

574862

Maltanın paytaxtı Valletta "Oxucu seçimi mükafatları 2025" (Readers Choice Awards - 2025) reytinqində Paris, Afina və Lissabon kimi turizm nəhənglərini geridə qoyaraq birinci yeri tutub.

Bizim.Media xəbər verir ki, şəhər "Condé Nast Traveller" jurnalı tərəfindən dünyanın ən gözəl paytaxtı seçilib.

Jurnalın 182 mindən çox oxucusu səs verərək şəhərin mədəniyyətini, mətbəxini və qonaqpərvərliyini yüksək qiymətləndirib.
 

Valletta 100 baldan 97,33 bal toplayıb. Sahəsi bir kvadrat kilometrdən az olan şəhər barokko üslubundakı sarayları, qədim istehkamları, kilsələri və dar küçələri ilə əsl açıq səma altında muzeydir.


Valletta 16-cı əsrdə Malta Cəngavərləri tərəfindən qurulub və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO