Bu liderlər Qəzza üzrə "Sülh Sammiti"ndə iştirak edəcək

Bu liderlər Qəzza üzrə "Sülh Sammiti"ndə iştirak edəcək

Hazırda oxunan: Bu liderlər Qəzza üzrə "Sülh Sammiti"ndə iştirak edəcək

574831

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza üzrə "Sülh Sammiti"ndə iştirak edəcək.

Bizim.Media bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Türkiyə lideri bu məqsədlə oktyabrın 13-də Misirə səfər edəcək.

ABŞ Prezidenti Donald Trampın da sammitdə iştirak edəcəyi təsdiqlənib. "The Guardian" nəşri Ağ Ev rəhbəri və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin "Süıh Sammiti"nə başçılıq edəcəklərini yazıb.
 

Sammitdə 20-dən çox dövlət rəhbərinin iştirakı gözlənilir. Onların arasında Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Corcia Meloni, İspaniyanın Baş naziri Pedro Sançes, Fransa Prezidenti Emmnuel Makron və BMT-nin baş katibi Antonio Quterreş də var.


Xatırladaq ki, oktyabrın 13-ü Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında müharibənin dayandırılmasına həsr olunmuş "Sülh Sammiti" keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO