İsrail və HƏMAS girov və məhbusları sabah azad edəcək

İsrail və HƏMAS girov və məhbusları sabah azad edəcək

Hazırda oxunan: İsrail və HƏMAS girov və məhbusları sabah azad edəcək

574830

İsrail və HƏMAS girov və məhbusları sabah – oktyabrın 13-də səhər azad etməyə başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Oktyabrın 9-da əldə olunmuş razılaşmaya əsasən, İsrail Ordusu 24 saat ərzində hərbi birləşmələrin Qəzzadan çıxarılmasını yekunlaşdırmalıdır.
 

HAMAS isə İsrail qoşunlarının Qəzzadan çıxarılmasından 72 saat sonra israilli girovları azad etməli, meyitlərini təhvil verməlidir. İsrailli girovların 20-nin sağ olduğu bildirilir.


İsrail Ordusu cümə günü günortaya qədər Qəzzadan geri çəkilməni yekunlaşdırıb və 72 saatlıq müddət başlayıb.

İsrail 2000-ə qədər fələstinli məhbusu azad etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO