Vuçiç: “Moskva amerikalılarla problemi həll etməsə, Serbiyanın bu qış qaz çatışmazlığı olacaq”

Vuçiç: “Moskva amerikalılarla problemi həll etməsə, Serbiyanın bu qış qaz çatışmazlığı olacaq”

Hazırda oxunan: Vuçiç: “Moskva amerikalılarla problemi həll etməsə, Serbiyanın bu qış qaz çatışmazlığı olacaq”

574778

Serbiya prezidenti Aleksandar Vuçiç Rusiyanın qaz müqaviləsi ilə bağlı mövqeyindən çox məyus olduğunu etiraf edib.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Məlumata görə, Belqrad Vuçiçin Vladimir Putinlə iki görüşündən sonra “Qazprom”la üçillik saziş əldə etməyə çalışsa da, Rusiya yalnız ilin sonunadək qüvvədə olacaq müvəqqəti müqavilə təklif edib.
 

Informer nəşrinə müsahibəsində Serbiya lideri bu gecikməni ABŞ-nin “Qazprom neft”ə məxsus Naftna Industrija Srbije (NIS) şirkətinə qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirib. Bu sanksiyalar ayın əvvəlində istisna müddətinin başa çatmasından sonra qüvvəyə minib.


Vuçiç ABŞ-ın məhdudiyyətlərdən yan keçmək üçün NIS-in milliləşdirilməsi təklifini rədd edib:

“Onlara dedim ki, bu, qəbuledilməzdir. Biz kommunist və ya faşist deyilik ki, başqasının mülkiyyətini ələ keçirək”.

Qeyd edək ki, “Qazprom neft”in rəhbəri Aleksandr Dyukov danışıqlar üçün Belqrada gələcək.

Vuçiç bildirib ki, Moskvanın amerikalılarla problemi həll edəcəyinə ümid edir, əks halda Serbiya artıq bu qış qaz çatışmazlığı ilə üzləşə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO