Xəyanəti üzə çıxarmaq üçün video çəkib ifşa etmək istədi, məhkəməlik oldu

Xəyanəti üzə çıxarmaq üçün video çəkib ifşa etmək istədi, məhkəməlik oldu

Hazırda oxunan: Xəyanəti üzə çıxarmaq üçün video çəkib ifşa etmək istədi, məhkəməlik oldu

574744

Türkiyədə boşandığı həyat yoldaşının gecə saatlarında yad kişi ilə maşına minməsini çəkən kişi məhkəməlik oldu.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş arvadını təqib edə kişi onları telefonla çəkib.

Bunu bilən qadın isə ondan şikayət edib. Şikayətdən sonra keçmiş ərinə qarşı “şəxsi həyatın toxunulmazlığının pozulması” ilə bağlı iddia qaldırılıb.

Məhkəmə təqsirləndirilən şəxsi təqsirli bilib və "şəxsi həyatın toxunulmazlığını pozmaq" maddəsi ilə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edib.
 

Apellyasiya şikayətindən sonra işə baxan İzmir Regional Ədliyyə Məhkəməsinin 19-cu Cəza Kollegiyası yerli məhkəmənin qərarını ləğv edərək müttəhimə bəraət verib.


Qərarda qeyd edilib ki, təqsirləndirilən şəxs sübut əldə etmək üçün videonu çəkdiyinə dair ifadə verib, lakin sözügedən görüntülərin açıqlanması və ya çoxaldılıb yayılmasına dair heç bir dəlil yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO