Nəhəng uşaq dünyaya gəldi - FOTO

Nəhəng uşaq dünyaya gəldi - FOTO

Hazırda oxunan: Nəhəng uşaq dünyaya gəldi - FOTO

574730

Rusiyada nəhəng körpə dünyaya gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə "Exın-Bayar" Respublika Perinatal Mərkəzinin "VKontakte" səhifəsində məlumat yayılıb.

Qeyd edilib ki, Ulan-Ude Perinatal Mərkəzində reallaşn doğuş əməliyyatından sonra təxminən 7 kiloqram çəkidə qız uşağı dünyaya gəlib.
 

"Çəkisi 6700 qram, boyu 66 santimetr olan qız oktyabrın 11-də dünyaya gəlib. O, körpələr arasında əsl "boqatır"dır!",- mərkəzin paylaşımında yazılıb.


O da qeyd edilib ki, yüksək peşəkar komandanın koordinasiyalı işi sayəsində doğuş prosesi problemsiz keçib:

"Həkimlər xoşbəxt ailəni qızlarının dünyaya gəlməsi münasibətilə təbrik edib, ona sağlam, xoşbəxt və sevgi dolu həyat arzulayıblar". (Publika.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO