Nobel Sülh Mükafatına alternativ olaraq İranda “Nəsrullah Mükafatı”nın təsis olunmasını təklif edilib.
Bizim.Media “Azad İran” kanalına istinadən bildirir ki, İran Ekspertlər Şurasının (Şura-ye Xobreqan) sədr müavini Abbas Kəəbi Nobel Sülh Mükafatının Venesuela parlamentinin keçmiş üzvü Maria Korina Maçadoya verilməsindən sonra mükafatın “öz ideallarından uzaqlaşdığını” bildirib.
Bu səbəbdən o, Nobel Sülh Mükafatına alternativ olaraq “Nəsrullah Mükafatı”nın təsis olunmasını təklif edib.
Xatırladaq ki, Livanın "Hizbullah" hərəkatının keçmiş rəhbəri Həsən Nəsrullah sentyabrın 27-də İsrailin Beyruta endirdiyi aviazərbə nəticəsində həlak olub.
Bizim.Media