Hindli dənizçilərə yüngül həyat tərzi keçirən qızlar tapmaqda kömək etmək istəyən bir rus pulundan olub.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Leninqrad vilayətində bir oğlan barda Hindistandan olan dənizçilərlə tanış olub.
Yeni tanışlar ondan qız tapmaqda köməklik etməsini xahiş ediblər, çünki nabələd olduqları üçün yad ölkədə səhv etməkdən çəkiniblər.
Qazanc əldə etmək istəyən oğlan internetdə axtarışa başlayıb. Uyğun bir veb sayt taparaq, 24000 (təxminən 500 AZN) pul ödəyib, amma qızlar göndərilməyib.
Adam aldadıldığını anlayıb və hindli dənizçilərdən xərcləri bölüşməyi tələb etsə də, onlar imtina ediblər. Zərərçəkmiş polisə müraciət edib.
Bizim.Media