Filippində güclü ZƏLZƏLƏ - Ölənlər var

Filippində güclü ZƏLZƏLƏ - Ölənlər var

Hazırda oxunan: Filippində güclü ZƏLZƏLƏ - Ölənlər var

574675

Filippinin cənubunda baş verən zəlzələ nəticəsində 7 nəfər ölüb, daha 11 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fəlakət Riskinin Azaldılması və Aradan Qaldırılması Milli Şurası (NDRC) xəbər yayıb.

Məlumata görə, zəlzələ 8 400 nəfərə təsir edib, onlardan təxminən 8 000 nəfəri təxliyə mərkəzlərinə yerləşdirilib.
 

Oktyabrın 10-da səhər saatlarında Filippində 7,4 maqnitudada zəlzələ baş verib.


Həmin gün axşam saatlarında 6,8 manqitudada təkrar yeraltı təkanlar qeydə alınıb.

Filippin seysmoloqları 700-dən çox yeraltı təkan qeydə alıblar. Şərqi Davao, Şərqi Samar, Cənubi Leyte və Suriqao əyalətlərində sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO