HƏMAS rəsmi olaraq müharibənin başa çatdığını və daimi atəşkəsin başlanmasını elan edir.
Bizim.Media xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək rütbəli nümayəndəsi əl-Xayya bəyan edib.
Onun sözlərinə görə, əldə olunan razılaşma Rəfah sərhəd-keçid məntəqəsinin hər iki istiqamətdə açılmasını, həmçinin İsrail həbsxanalarında saxlanılan bütün fələstinli qadın və uşaqların azad edilməsini nəzərdə tutur.
Əl-Xayya vurğulayıb ki, HƏMAS beynəlxalq vasitəçilərdən və ABŞ administrasiyasından döyüş əməliyyatlarının tam dayandırılmasını təsdiqləyən aydın zəmanətlər alıb.
Bizim.Media