Avropanı təşvişə salan naməlum PUA-lar TÜRKİYƏ SƏMASINDA – Hədəfdə dörd ölkə var –ADLAR

Avropanı təşvişə salan naməlum PUA-lar TÜRKİYƏ SƏMASINDA – Hədəfdə dörd ölkə var –ADLAR

Hazırda oxunan: Avropanı təşvişə salan naməlum PUA-lar TÜRKİYƏ SƏMASINDA – Hədəfdə dörd ölkə var –ADLAR

574428

Xəbər verdiyimiz kimi, son zamanlar naməlum dronlar bir sıra Avropa ölkələrini ciddi narahat etməyə başlayıb. Danimarka, Norvec, Almaniya səmasında görünən naməlum dronlar indi də Türkiyəni hədəfə alıb.

Məlumata görə, Türkiyənin Artvin əyalətinin Hopa sahillərində dəniz dronu aşkarlanıb.

Balıqçılar cihazı dəniz səthində görərək sahil mühafizəsinə məlumat veriblər.
 

Əyalətin valisi Turan Ergün bildirib ki, hadisə yerindən təxminən 6,5 km radiusda gəmilərin hərəkəti qadağan edilib.


Ergünün sözlərinə görə, qurğu Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli ola bilər.

Obyekt SAS-ın dəniz xüsusi təyinatlıları tərəfindən yoxlanılaraq məhv edilib.

Qeyd edək ki, oxşar qurğu sentyabrın 29-da Trabzon sahillərində də aşkarlanaraq dənizdə partladılmaqla məhv edilib.

Görəsən, bu dron oyunu ilə nə planlaşdırılır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə baş verən dron hücumları fonunda onu həyata keçirənlər tərəfindən nələrinsə planlaşdırıldığını düşünmür:
 

“Məlumdur ki, kimsə gərginliyi artırmaq istəyir. Bu mənada həmin məlum dronları Avropa məkanında Amerika, Rusiya, İsrail və Çin tərəfi uçura bilər. Yəni bunu kimin etdiyi naməlumdur. Ona görə də Avropa təşvişə düşüb”.


Ekspert bildiridi ki, hər hansısa bir maddi ziyan, kiminsə həmin dronlardan nə isə əldə etdiyi barədə maddi sübut yoxdur:

“Ola bilsin, kimlərsə zarafat edir. Bu hadisələr fonunda hansısa bir düşmənçilik, hədə, təhdid əlaməti görmürüm və nələrinsə planlaşdırıldığını da düşünmürəm. Həmin dron hücumları ilə hansısa bir ziyan dəysəydi, təhdid üçün ciddi əsaslar olardı. Lakin bunlar da yoxdur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO