İçki düşkünü çoban Nobel mükafatını necə qazandı? – Macar yazıçının HEKAYƏSİ

İçki düşkünü çoban Nobel mükafatını necə qazandı? – Macar yazıçının HEKAYƏSİ

Hazırda oxunan: İçki düşkünü çoban Nobel mükafatını necə qazandı? – Macar yazıçının HEKAYƏSİ

574423

Ədəbiyyat üzrə 2025 Nobel Mükafatını macar yazıçı Laslo Krasnaxorkai qazanıb.

Bizim.Media xəbər verir ki, buna qədər 71 yaşlı yazıçı 2015-ci ildə Beynəlxalq Man Booker Mükafatını da alıb. 

Budapeştdə hüquq təhsili almış yazıçı həm də səyyah olub: Monqolustan, Çin, Bosniya, Yaponiya və digər ölkələrlə yanaşı Atlantik okeanının səyahətinə çıxıb. 

Kiçik kəndlərdə və qəsəbələrdə mədəniyyət klublarının direktoru olub. Müsahibələrinin birində hətta şaxtaçı, çoban  da işlədiyini bildirib. Macar ədəbiyyatında əyyaşlıq dahilik sayıldığı üçün vaxtilə alkoqolizmdən əziyyət çəkib. 

“Səyahətlər zamanı içməyə başladım. Macar ədəbiyyatında belə bir ənənə var idi ki, əsl dahilər həmişə sərxoş olurlar. Mən də dəlicəsinə içməyə başlamışdım.  Ancaq bir gün on iki şüşə şampandan sonra bir daha içməyəcəyimə and içdim və tərgitdim”.

İlk dəfə 1977-ci ildən roman və hekayələrini nəşr etdirib.

Romanlarını, qısa hekayələrini və ssenarilərini bir neçə beynəlxalq səviyyədə uğurla ekranlaşdıran kinorejissor Béla Tarr ilə fəal əməkdaşlıq edir.

1985-ci ilə yazdığı “Şeytani tanqo” romanı ilk nüfuzlu mükafatı müəllifinə qazandırıb. Bundan başqa “Son mərhəmət” (1986), “Müqavimət melanxoliyası” (1989), “Göy İmperatorluğunda dağıntı və kədər (2004), “Sonuncu canavar” (2009) və b. kitabların müəllifidir. Əsərləri rus, yapon və Avropa dillərinə tərcümə edilib. 

Şəfiqə Şəfa, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO