Mətbuat nümayəndələri azad, ciddi və obyektiv məlumatın təbliğini davam etdirməli, vicdan və tənqidi düşüncə formalaşdırmalıdırlar.
Bizim.Media xəbər verir ki, bu sözləri Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo deyib.
Katoliklərin ruhani lideri jurnalistlərin cəmiyyətdəki fundamental rolunu və qlobal dinamikanı vurğulayıb, süni intellekt texnologiyalarından sui-istifadənin feyk xəbərlərin yayılmasına zəmin yaratdığını bildirib.
“Əgər Qəzzada, Ukraynada və bombalarla qana boyanmış hər bir torpaqda baş verənləri biliriksə, bunun böyük hissəsini sahəyə göndərilən jurnalistlərə borcluyuq. Lakin çoxları təqib olunur və həbs edilir: onlar azad edilməlidirlər. Çünki jurnalist olmaq heç vaxt cinayət sayıla bilməz, müdafiə olunmaq hüququdur. Biz ayıq olmalıyıq ki, texnologiya bəşəriyyəti əvəz etməsin və bu gün informasiya və onu idarə edən alqoritmlər bir neçə nəfərin əlində olmasın. Azad məlumat cəmiyyətlərimizin qurulmasını dəstəkləyən bir sütundur, buna görə də biz onu müdafiə etməyə və zəmanət verməyə çağırırıq”, - deyə pontifik qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:20 / 09.10.2025
Roma Papası jurnalistlərə SƏSLƏNDİ: “Obyektiv məlumat yayın”
Hazırda oxunan: Roma Papası jurnalistlərə SƏSLƏNDİ: “Obyektiv məlumat yayın”
Hazırda oxunan: Roma Papası jurnalistlərə SƏSLƏNDİ: “Obyektiv məlumat yayın”
574381
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.