Rusiya ordusunun Odessa vilayətinə PUA-larla hücum edib. Nəticədə 5 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə görünütlər UNİAN nəşrində yer alıb.
Mənbə qeyd edir ki, hucum zamanı 2 yaşayış evi, inzibati bina və yanacaqdoldurma məntəqəsi yanıb. Bundan əlavə, liman infrastrukturuna aid ərazidə yanğın baş verib: bitki yağı ilə dolu konteynerlər, nəqliyyat vasitələri və taxta paletlər alışıb.
Odessa Hərbi-İnzibati Administrasiyasının rəhbəri Oleq Kiper isə bildirib ki, əslində 2 deyil, 4 yaşayış evi yanıb, həmçinin enerji infrastrukturuna da ziyan dəyib. Bunun nəticəsində 30 mindən çox abunəçi işıqsız qalıb.
Gecə hücumu nəticəsində həlak olanlar barədə məlumat daxil olmayıb. Burlachya Balka qəsəbəsi istisna olmaqla, bütün icmada elektrik təchizatı yoxdur.
Enerji mütəxəssisləri artıq elektrik təchizatının bərpası üzərində işləyirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:52 / 09.10.2025
Rusiya Odessa vilayətinə hücum etdi – VİDEO
Hazırda oxunan: Rusiya Odessa vilayətinə hücum etdi – VİDEO
Hazırda oxunan: Rusiya Odessa vilayətinə hücum etdi – VİDEO
574360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.