Ukrayna Lukoyl-un daha bir böyük zavodunu vurdu - VİDEO

Ukrayna Lukoyl-un daha bir böyük zavodunu vurdu - VİDEO

Hazırda oxunan: Ukrayna Lukoyl-un daha bir böyük zavodunu vurdu - VİDEO

574311

Ötən gecə Ukrayna Rusiyanın Volqoqrad vilayətində Lukoyl şirkətinə məxsus qaz emalı zavoduna zərbə endirib.

Bizim.Media xəbər verir ki, vilayət qubernatoru Andrey Boçarov Volqoqrad vilayətinin Kotovski rayonunda Ukraynaya məxsus pilotsuz təyyarələrin kütləvi hücumunun yanacaq-energetika obyektlərində yanğınla nəticələndiyini elan edib. O, Telegram kanalında yanğın olan müəssisənin adını çəkməyib: "Yanacaq-energetika obyektlərində də yanğınlar baş verib.

Yanğınsöndürənlər yanğını söndürmək üçün tez bir zamanda hadisə yerinə gəliblər".

Boçarov əlavə edib ki, hücum nəticəsində qazanxana da zərər çəkib.

Qeyd edək ki, zavod Rusiya cənub federal dairəsində ən böyük qaz emalçısıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO