Aİ səfirləri Rusiya enerji resurslarından imtina layihəsi ilə RAZILAŞDILAR

Aİ səfirləri Rusiya enerji resurslarından imtina layihəsi ilə RAZILAŞDILAR

Hazırda oxunan: Aİ səfirləri Rusiya enerji resurslarından imtina layihəsi ilə RAZILAŞDILAR

574276

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri 2028-ci ilə qədər Rusiyadan enerji resurslarının idxalından imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər. İndi sənədin Aİ-nin xarici işlər nazirləri tərəfindən razılaşdırılması gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
 

Məlumata görə, bu gün keçirilən qapalı iclasda Aİ ölkələrinin səfirləri təklif olunan qanun layihəsini oktyabrın 20-də keçiriləcək görüşdə təsdiq edilməsi üçün nazirlərə təqdim etməyə razılaşıblar.


Qeyd edək ki, sentyabrın 23-də ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı Aİ ölkələrinin liderləri ilə Rusiya enerji daşıyıcılarının idxalının azaldılması məsələsini müzakirə edəcəyini bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO