ABŞ Hərbi Hava Qüvvələrinə məxsus, yüksək məxfilik dərəcəsinə malik “Boeing RC-135 Combat Sent” kəşfiyyat təyyarəsi Kalininqrad sahilləri yaxınlığında müşahidə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, təyyarə İngiltərədən havaya qalxıb, Baltik ölkələri üzərindən keçərək bir neçə dəfə Kalininqrad ətrafında uçuş edib və daha sonra Böyük Britaniyadakı bazasına qayıdıb.
Uçuş, Almaniya kansleri Fridrix Mertsin “hibrid müharibə” və rus dronlarının NATO hava məkanını pozması ilə bağlı bəyanatından cəmi bir gün sonra, Rusiya ilə münasibətlərin kəskin gərginləşməsi fonunda baş tutub.
Bizim.Media