Bu burgerin qiyməti 18,700 manatdır

Bu burgerin qiyməti 18,700 manatdır

Hazırda oxunan: Bu burgerin qiyməti 18,700 manatdır

574271

İspaniyada yerləşən "Asador Aupa" restoranı dünyanın ən bahalı və ən eksklüziv burgerini təqdim edib. Dəyəri 11.000 ABŞ dolları (18 700AZN) olan bu ləzzət yalnız restoranın dəvət etdiyi qonaqlara təqdim olunur.

Bizim.Media xəbər verir ki, Kataloniyanın Cabrera del Mar şəhərində yerləşən bu restoranının aşpazları burgeri hazırlamaq üçün səkkiz il araşdırma və təcrübə aparıblar.
 

Onun inqrediyentləri gizli saxlanılır, lakin məlum olan odur ki, bahalığın səbəbi yeməli qızıl və ya bəzək deyil, mükəmməl keyfiyyətli məhsullar, unikal dad təcrübəsi və məxfilik hissidir.


Maraqlısı odur ki, dünyanın ən bahalı burgerini yemək üçün sadəcə pul kifayət etmir - Asador Aupa sizi dəvət etməlidir. Restoranın saytında qeyd olunur:

"Bu təcrübə yalnız dəvətlə mümkündür. Menyuda yoxdur, rezervasiya edilə bilməz. Yalnız seçilmiş şəxslər bu ləzzəti yaşaya bilər". (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO