Alman polisindən Rusiya və Ukraynadan olan 32 dənizçiyə qarşı ƏMƏLİYYAT

Alman polisindən Rusiya və Ukraynadan olan 32 dənizçiyə qarşı ƏMƏLİYYAT

Hazırda oxunan: Alman polisindən Rusiya və Ukraynadan olan 32 dənizçiyə qarşı ƏMƏLİYYAT

57275

Frankfurt polisi Rusiya və Ukraynadan olan 32 sərxoş dənizçiyə görə əməliyyat keçirib.

Bizim.Media “dw.com” saytına istinadən xəbər verir ki, Namibiyadan Frankfurta uçan təyyarənin ekipajı sərxoş dənizçilərin maska taxmaqdan imtina etdiyi və stüardessaları təhqir etdiyi üçün hava limanına enən zaman polisə müraciət edib.

Frankfurt hava limanında Rusiya və Ukraynadan olan 32 nəfər sərxoş dənizçinin qanunsuz hərəkətləri ilə bağlı genişmiqyaslı polis əməliyyatı keçirilib. 

Almaniyanın ən böyük hava limanının federal polisi bazar ertəsi, yanvarın 24-də bildirib ki, saxlanılanlar Namibiyanın paytaxtı Vindxukadan Almaniyaya uçan təyyarə ilə evə gedirmişlər.

"Onlardan dəfələrlə xahiş edilsə də qoruyucu maska taxmaqdan imtina etdikdən, özləri ilə gətirdikləri spirtli içkiləri qəbul etdikdən və ekipajın göstərişlərinə məhəl qoymadıqdan sonra kapitan hələ havada olarkən federal polisə zəng edib", deyə idarənin nümayəndəsi bildirib. 

Onun sözlərinə görə, həmçinin kişilərdən üçü stüardessalara sataşıb.

Yanvarın 23-də səhər tezdən təyyarə eniş etdikdən sonra həddindən artıq sərxoş vəziyyətdə olan bir qrup dənizçi çoxlu sayda federal və əyalət polisinin əməkdaşları tərəfindən qarşılanıb.
Qaydaları pozanlara qarşı inzibati iş başlanıb, onlardan 13-ü 530 avroya qədər, ekipaj üzvlərini təqib etməkdə şübhəli bilinən daha üç nəfər isə 1030 avro ödəməli olub. Bundan sonra qrup insident olmadan səyahətinə davam edə bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO