Türkiyənin Konya şəhərində fahişəliklə mübarizə əməliyyatı nəticəsində 3 Azərbaycan vətəndaşı saxlanılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat zamanı A.J., M.B., R.J., X.T. və A.G. tutulub.
Mənbə qeyd edir ki, A.J. və M.B. zorla Azərbaycan vətəndaşları - R.J., X.T. və A.G.-ni pul qarşılığında cinsi xidmətlər göstərməyə məcbur ediblər.
Şübhəlilər R.J., X.T. və A.G. dindirildikdən sonra deportasiya məsələsinin həlli üçün Miqrasiya Xidmətinə veriləcəklər.
A.J. və M.B. haqda insan alveri, fahişəlik üçün yer təmin etmək və vasitəçilik ittihamları ilə cinayət işi açılacaq.
Bizim.Media