Ulduzlararası fəzada Aya bənzəyən obyekt tapıldı

Ulduzlararası fəzada Aya bənzəyən obyekt tapıldı

Hazırda oxunan: Ulduzlararası fəzada Aya bənzəyən obyekt tapıldı

57208

Astronomlar Yerdən çox uzaqda nəhəng ekzoplanetin orbitində fırlanan ikinci ekzo Ay olmağa namizəd obyekt aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu məlumat AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında yayımlanıb. 

Məlumatda bildirilir ki, alimlərin fikrincə, bu obyekt Günəş sistemində olanlardan tamamilə fərqli ola bilər. Bu, Günəş sistemindən kənarda tapılmış ikinci belə obyektdir. Nəhəng peyk Yerdən 5.500 işıq ili uzaqlıqda yerləşən Yupiter böyüklüyündəki “Kepler 1708b” adlı planetin ətrafında fırlanır.

Elmi jurnalda dərc olunan məlumata əsasən, bu göy cismi Yerdən təxminən 2.6 dəfə böyükdür. Bizim Günəş sistemində bu böyüklükdə Ay mövcud deyil.

Bu elmi yenilik Kolumbiya Universitetinin “Cool Worlds” laboratoriyasının əməkdaşı Devid Kippinqqin ikinci belə kəşfidir. O, ilk dəfə 2018-ci ildə Kepler-1625b ekzoplanetinin Neptun böyüklüyündə peykini aşkar etmişdi.
Devid Kippinq qeyd edir ki, bu günə kimi 10 mindən çox ekzoplanet kəşf olunsa da, onların peyklərini aşkarlamaq xeyli çətindir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO