“ABŞ Putinin dövründə Rusiyanın güclü olmasına sevinmir” – Dövlət Dumasının spikeri

“ABŞ Putinin dövründə Rusiyanın güclü olmasına sevinmir” – Dövlət Dumasının spikeri

Hazırda oxunan: “ABŞ Putinin dövründə Rusiyanın güclü olmasına sevinmir” – Dövlət Dumasının spikeri

57161

Rusiyaya və onun lideri Vladimir Putinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edən ABŞ, nəhayət, açıq şəkildə dedi ki, loyal və idarə olunan prezident axtarırlar.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

ABŞ prezidenti Co Bayden bundan əvvəl Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə şəxsən Putinə qarşı sanksiyaların tətbiq olunacağını istisna etməyib.

“Hər şey öz yerinə düşdü. Nəhayət, ABŞ rəhbərliyi nə istədiyini açıq şəkildə dedi: Vaşinqton Rusiyada loyal və idarə edilən prezident istəyir”, – Volodin Telegram kanalında yazıb.
“Rusların anlayışına görə, bu sanksiyalar Putinə qarşı deyil, ölkə xalqının seçiminə qarşıdır”, deyə o, əlavə edib.

Spiker bildirib ki, ABŞ-ın hərəkətləri Rusiyaya qarşı düşmənçilik xarakteri daşıyır.

“Birləşmiş Ştatlar Prezident Vladimir Putinin dövründə Rusiya Federasiyasının güclü və müstəqil olmasına sevinmir”, deyə o yekunlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO