FES-də vacib görüş başlayır – Mərkəzi Bankla bağlı YENİ BƏYANAT olacaq

FES-də vacib görüş başlayır – Mərkəzi Bankla bağlı YENİ BƏYANAT olacaq

Hazırda oxunan: FES-də vacib görüş başlayır – Mərkəzi Bankla bağlı YENİ BƏYANAT olacaq

57112

Federal Ehtiyatlar Sistemi (FED, yaxud FES) çərşənbə axşamı ikigünlük iclasına başlayır və çərşənbə günü günortadan sonra Mərkəzi Bankın inflyasiya ilə mübarizədə qərarlı olduğunu göstərən yeni bir bəyanat verəcəyi gözlənilir.

Bizim.Media xarici mətbuata istinadən bildirir ki, şiddətli birja korreksiyası fonunda, FED rəsmilərinin mart ayından etibarən federal fondların faiz dərəcəsini sıfırdan qaldırmağa hazır olduqlarını söyləmələri gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

Dollarla bağlı sabah qərar veriləcək – Dünyanın diqqəti ABŞ-da  


Bu görüş, pandemiyadan sonra, FED-in inflyasiya ilə mübarizəsində son onillikdə ən güclü mübarizəsi olacaq.

Dekabrda istehlak qiymətləri indeksi 7% artıb, bu isə 1982-ci ildən bəri ən yüksək göstərici hesab edilir. Bildirilir ki, pandemiyanın davam etməsi və Rusiyanın Ukraynanı hərbi əməliyyatlar ilə hədələməsi ilə FED bu riskləri qəbul etməli olacaq.  

Bank ekspertləri isə deyirlər ki, FED faiz dərəcələrinin artımına mart ayında baş tutacaq görüşündən dərhal sonra gedə bilər.

Ülviyyə Əlizadə, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO