Donbassdakı GENERAL: “Ukraynalılar rusları yalın əlləri ilə parçalaya bilərlər”

Donbassdakı GENERAL: “Ukraynalılar rusları yalın əlləri ilə parçalaya bilərlər”

Hazırda oxunan: Donbassdakı GENERAL: “Ukraynalılar rusları yalın əlləri ilə parçalaya bilərlər”

57106

Donbassdakı Birləşmiş Qüvvələr Əməliyyatının komandanı, general-leytenant Aleksandr Pavlyuk Rusiya Silahlı Qüvvələrinin tezliklə Ukraynaya hücum edəcəyinə əmindir. 

Bizim.Media xəbər verir ki, o, “işğalın” fevralın 20-də baş tutacağını təxmin edib.  Bu barədə “The Times” yazır:

“Ukrayna ciddi müqavimət göstərməyə hazırdır. Bizim tərəfimizdə 2014-cü ildə Donbassda müharibədən keçmiş yarım milyon insan var. Onlar rusları yalın əlləri ilə parçalaya bilərlər". 

Hərbçi Pekində keçirilən Olimpiya Oyunlarının fevralın 20-də başa çatacağını xatırladıb.

Bundan əlavə, həmin gün Rusiya və Belarusun birgə təlimləri yekunlaşacaq. Pavlyukun sözlərinə görə, Rusiya bu məqamdan istifadə edərək Ukraynaya hücum edəcək. O bildirib ki, hücum Kiyevin hərbi sənaye potensialının yerləşdiyi ölkənin cənub-şərqindən başlayacaq. 

Bundan əvvəl Pavlyuk bildirib ki, Ukraynada vəziyyət pisləşərsə, ölkənin şərqindəki səkkiz rayon Rusiyanın nəzarətinə keçə bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO