“Kiyevin öz qoşunlarını Donbasda, təmas xəttində cəmləməsi Ukraynanın hücum əməliyyatlarına hazırlığından xəbər verir. Bu, Rusiyanı narahat etməyə bilməz”.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu fikirləri bazar ertəsi jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
"Həqiqətən, Ukrayna hakimiyyəti təmas xəttində çoxlu sayda canlı qüvvə və hərbi texnika cəmləşdirir. Bu cəmləşmənin mahiyyəti hücum əməliyyatlarına hazırlıqdır. Həqiqətən də, indi belə bir təhlükə var. Və doğrudan da, hər bir silah, istər bu müdafiə, istərsə də hücum xarakterli olsun, bir daha Kiyevdəki rəsmiləri bu əməliyyata başlamaq üçün ruhlandırır”, deyə o, qeyd edib.
Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələrinin Donbasda təxribat təhlükəsi indi əvvəlkindən daha çoxdur:
“Moskva istəyir ki, NATO ölkələri hər yeni bəyanatında Ukrayna hakimiyyətinə bildirsin ki, güc yolu ilə Donbasdakı vəziyyəti dəyişmək ideyasından daşınsınlar”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:37 / 24.01.2022
Kiyev Donbasda hücuma hazırlaşır? - Peskovdan sərt AÇIQLAMA
Hazırda oxunan: Kiyev Donbasda hücuma hazırlaşır? - Peskovdan sərt AÇIQLAMA
Hazırda oxunan: Kiyev Donbasda hücuma hazırlaşır? - Peskovdan sərt AÇIQLAMA
56913
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.