Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar hazırlayır - Qaza təsir etməyəcək - FOTO

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar hazırlayır - Qaza təsir etməyəcək - FOTO

Hazırda oxunan: Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar hazırlayır - Qaza təsir etməyəcək - FOTO

56775

Rusiya Ukraynanı “işğal” edəcəyi təqdirdə Moskvaya qarşı irimiqyaslı sanksiyalar tətbiq olunacaq, lakin onlar qaz sektoruna və “Şimal axını 2” qaz kəmərinə təsir etməyəcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq “Die Presse” nəşrinə müsahibəsində səsləndirib.

“Biz Avropada müəyyən dərəcədə enerjiyə görə Rusiyadan asılıyıq. Birdən-birə istilik və elektrik enerjisinə ehtiyacımız olsa, biz bunu bir gecədə dəyişə bilməyəcəyik”.

Rusiyanın  RBK telekanalı Avstriya nazirindən sitat gətirib.

Bununla yanaşı, Şallenberq qeyd edib ki, Rusiyanın bir sıra təhlükəsizlik tələbləri, yəni Ukraynanın NATO-ya qəbul edilməməsi və alyansın hərbi qüvvələrinin artıq NATO-ya daxil olmuş dövlətlərin ərazilərindən çıxarılması tələbləri qəbuledilməzdir.

Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin xəbərdarlıq edib ki, Ukraynaya qarşı hərbi təcavüz olarsa, Rusiya prezidenti Vladimir Putin “geniş iqtisadi və maliyyə sanksiyaları ilə hesablaşmalı olacaq”, deyə Kurier nəşri yazıb.

Nazir qeyd edib ki, “heç kim Putinin nə düşündüyünü bilmir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO