Rusiya XİN-dən SSRİ-nin bərpası ilə bağlı AÇIQLAMA: “Rusiyanın təhlükəsizlik maraqları...”

Rusiya XİN-dən SSRİ-nin bərpası ilə bağlı AÇIQLAMA: “Rusiyanın təhlükəsizlik maraqları...”

Hazırda oxunan: Rusiya XİN-dən SSRİ-nin bərpası ilə bağlı AÇIQLAMA: “Rusiyanın təhlükəsizlik maraqları...”

56479

“SSRİ-nin dirçəlişi və ya bərpası haqqında söhbətlərin ciddiliyinə inanmaq çətindir. Tarixin gedişatını geri qaytarmaq olmaz. Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib. Biz praktiki siyasətimizdə mövcud reallıqlardan çıxış edirik”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bununla yanaşı, departament vurğulayıb ki, Rusiyanın da ABŞ kimi, eləcə də digər dövlətlər kimi, təhlükəsizlik sahəsində qanuni maraqları var.

Xatırladaq ki, ötən ilin dekabrında ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Rusiya prezidenti Vladimir Putinin “Sovet İttifaqını yenidən yaratmağa” çalışmasından ehtiyat etdiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO