​​​​​​​Rusiya Qırğızıstanda Atom Elektrik Stansiyası inşa edəcək

​​​​​​​Rusiya Qırğızıstanda Atom Elektrik Stansiyası inşa edəcək

Hazırda oxunan: ​​​​​​​Rusiya Qırğızıstanda Atom Elektrik Stansiyası inşa edəcək

56446

Dubayda keçirilən “Expo 2020” Ümumdünya Sərgisi çərçivəsində Rusiyanın “Rosatom” dövlət korporasiyası və Qırğızıstanın Energetika Nazirliyi arasında aşağı gücə malik atom elektrik stansiyalarının tikintisi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb. 

Bizim.Media “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, “Rosatom” Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçev və Qırğızıstanın energetika naziri Doskul Bekmurzaev tərəfindən imzalanmış memorandum çərçivəsində tərəflər aşağı səviyyəli stansiyanın tikintisində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.  

Həmçinin memorandum Qırğızıstan Respublikasının nüvə infrastrukturunun inkişafına köməklik göstərməyi və atom enerjisindən dinc məqsədlərlə istifadənin müxtəlif sahələrində elmi-texniki kadrların bacarıqlarının artırılması üzrə birgə işi nəzərdə tutur. 

“Az enerjili atom elektrik stansiyası layihələrinin həyata keçirilməsi “Rosatom”ın ən mühüm prioritetlərindən biridir ki, bu da gələcəkdə dünyanın bir çox ölkələrinin enerji balansını əhəmiyyətli dərəcədə dəyişdirəcək və ucqar ərazilərin inkişafına töhfə verəcək.

Qırğızıstanda belə bir atom elektrik stansiyasının tikilməsi təkcə ölkənin enerji müstəqilliyinə yox, həm də Mərkəzi Asiya regionunun bütün əhalisinin həyat keyfiyyətinə və elmi-texniki potensialının inkişafına töhfə verəcək”, - deyə Aleksey Lixaçev bildirib. 

Qırğızıstanın energetika nazirinin müavini Tilek Aytaliyev isə, “Rosatom”la əməkdaşlığın ölkəsinin enerji, iqtisadi və sənaye sahəsində inkişafında yeni üfüqlər açacağına əmin olduğunu qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO