Bir sıra nüfuzlu hərbi ekspertlər tərəfindən “Bayraktar TB2” pilotsuz uçan aparatlarının ətraflı təhlilindən ibarət məqalə dərc olunub.
Bizim.Media “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, Niderlandın aparıcı milli nəşrlərindən biri olan “NRC” qəzetində dərc olunan məqalədə Bayraktarların müxtəlif konflikt zonalarında uğurlu istifadəsindən bəhs olunur.
MÖVZU İLƏ BAĞLI:
“Bayraktar TB2” yeni rekorda imza atdı – VİDEO
Belə ki, məqalə müəllifləri Bayraktarların Suriya, Liviya və Azərbaycanda döyüş şəraitində uğurlu istifadəsinə, həmkarları ilə müqayisədə daha keyfiyyətli və ucuz olmasına diqqət çəkirlər. Nəşrdə Bayraktar TB2-nin istismar baxımından dünyanın ən yaxşısı olduğu haqqında niderlandlı müdafiə eksperti Stein Mitzerin şərhləri yer alıb.
"TB2 təxminən 5 milyon dollara başa gəlir, Çinin eyni seqmentdən olan “Wing The Loong II” PUA-ları isə 15 milyon dollara başa gəlir və onun keyfiyyəti çox vaxt qeyd olunan səviyyəyə çatmır", - deyə Mitzer qeyd edib.
Nəşr onu da bildirib ki, Türkiyə dronların ixracını gündən-günə artırır. “Bayraktar TB2” Polşa və Ukrayna kimi bir çox ölkəyə ixrac edilir. Bundan əlavə, onun mövcudluğu Türkiyənin xarici siyasətinə mühüm töhfə verdiyi məqalədə qeyd olunub.
“Türk pilotsuz təyyarələrinə Afrikada tələbat yaranmağa başlayıb və prezident Rəcəb Tayyib Ərdoğanın qitə ölkələrinə səfərləri zamanı onların tədarükü ilə bağlı bir sıra müqavilələr imzalanıb”, - məqalədə öz əksini tapıb.
Bizim.Media