ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, Putin seçim qarşısındadır: deeskalasiya, diplomatiya, yaxud qarşıdurma və nəticələr.
Bizim.Media xəbər verir ki, Ağ Ev rəhbəri qeyd edib ki, Ukrayna ətrafında vəziyyət çətinləşsə, Rusiya dollar əməliyyatları apara bilməyəcək. Bayden Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya “fəlakət” vəd edib.
MÖVZU İLƏ BAĞLI:
Zelenski Baydenlə söhbətində hansı səhvi buraxıb? – Ölkə bu barədə danışır
“Əgər onlar Ukraynanı istila etməyə davam etsələr, bu, Rusiya üçün fəlakət olacaq”, - Bayden prezidentliyinin 1-ci ildönümünə həsr olunmuş mətbuat konfransında deyib. Ağ Ev rəhbərinin sözlərinə görə, onlar (ruslar) bunu etsələr, orta və uzunmüddətli perspektivdə bunun üçün böyük bədəl ödəməli olacaqlar.
"Putin heç vaxt ABŞ-ın hazırladığı sanksiya kimi sanksiya görməyib. Əgər onlar Ukraynaya hücum etsələr, onların heç bir bankı dollar məkanına daxil ola bilməyəcək", - deyə Bayden deyib.
Bizim.Media