Nursultan Nazarbayevin ömürlük Qazaxıstan Xalqları Assambleyası və Təhlükəsizlik Şurasına sədrliyinin ləğvi ilə bağlı Senata düzəlişlər göndərilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Qazaxıstan” nəşri yayıb.
Mövzu ilə bağlı deputat Kanat Nurov bunları deyib:
“İlk növbədə, birinci prezidentin Qazaxıstan Xalqları Assambleyası və Təhlükəsizlik Şurasında ömürlük sədrliyini ləğv etmək lazım idi. Bu, ona görə edilir ki, həmin vəzifələri Kasım-Jomart Tokayev tutsun”.
Xatırladaq ki, Senata “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında”,
“Qazaxıstan Xalqlarının Assambleyası haqqında” və “Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası haqqında” konstitusiya qanunlarına bütün zəruri düzəlişlər göndərilib.
Hazırda Qazaxıstan Xalqları Assambleyasının və Təhlükəsizlik Şurasınnın sədri vəzifələri haqlı olaraq Qazaxıstan Prezidentinə məxsusdur.
Qeyd edək ki, Nazarbayev Qazaxıstan Xalqları Assambleyası sədrinin səlahiyyətlərini 2021-ci ildə, Təhlükəsizlik Şurasının sədri postunu isə bu ilin yanvar ayında ölkədə baş verən son kütləvi iğtişaşlar zamanı ölkənin hazırkı prezidenti Kasım-Jomart Tokayevə təhvil verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:58 / 19.01.2022
Nazarbayevin ömürlük sədrliyi ləğv edildi
Hazırda oxunan: Nazarbayevin ömürlük sədrliyi ləğv edildi
Hazırda oxunan: Nazarbayevin ömürlük sədrliyi ləğv edildi
56157
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.