Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin öldüyünü iddia edən Vladimir Jirinovski yeni açıqlama verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, V.Jirinovski keçmiş prezidentin sağ olmasına sevindiyini deyib:
MÖVZU İLƏ BAĞLI:
Jirinovski: "Nazarbayev çoxdan ölüb və dəfn edilib"
“Biz şadıq ki, N.Nazarbayev sağdır və ümid edirik ki, sağlamdır. Amma o, Qazaxıstandakı aktiv hadisələrdən 10 gün sonra müraciət edib. Niyə tez müraciət etmədi? Axı o, çox nüfuzlu şəxsdir, hakim Nur Otan Partiyasının lideridir, onun üzvlərindən küçəyə çıxıb asayişi bərpa etməyi xahiş edə bilərdi. Amma yanvarın 2-dən o, gözləyir. Nəyi gözləyirdi? Aydın bir mənzərə yaranmasını? Qalibin yanında olmağı?”.
Xatırladaq ki, V.Jirinovski yanvarın 15-də çıxışında Nazarbayevin “çoxdan öldüyünü” bildirmişdi.
Bizim.Media