Qazaxıstan Avrasiya İqtisadi İttifaqının üzv ölkələrinə Qara dənizlə Xəzər dənizi arasında gəmiçilik kanalının tikintisinin mümkünlüyünü nəzərdən keçirməyi təklif edib.
Bu təkliflə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Soçidə qurumun iclası zamanı çıxış edib.
Qazaxıstan prezidenti bildirib ki, hər iki dənizi birləşdirəcək "Avrasiya” kanalı perspektivli layihələrdən ola bilər.