Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi yanvarın 19-da keçiriləcək danışıqlarda iqtisadiyyatda müştərək layihələrin həyata keçirilməsini, eləcə də beynəlxalq məsələləri müzakirə edəcəklər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “russian.rt.com” saytı yayıb.
“İkitərəfli əməkdaşlığın bütün spektrini, o cümlədən ticarət-iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsini, eləcə də aktual beynəlxalq və regional mövzuları müzakirə etmək planlaşdırılır”, - Kremlin mətbuat xidmətindən bildirilib.
Həmçinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının icrasına diqqət yetirilməsi müzakirə predmeti olacaq.
Bundan əvvəl məlum olub ki, İran prezidenti İbrahim Rəisi cümə axşamı, yanvarın 20-də Dövlət Dumasında çıxış edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:47 / 18.01.2022
Putin sabah Moskvada İran prezidenti ilə nəyi müzakirə edəcək?
Hazırda oxunan: Putin sabah Moskvada İran prezidenti ilə nəyi müzakirə edəcək?
Hazırda oxunan: Putin sabah Moskvada İran prezidenti ilə nəyi müzakirə edəcək?
55942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.