Ötən gün başlayan Dünya İqtisadi Forumu (WEF) zamanı BMT-nin Baş katibi Antonio Quterreş beynəlxalq ictimaiyyəti növbəti pandemiyaya hazırlaşmağa çağırıb.
Bizim.Media “1prime.ru”ya xəbər verir ki, Baş Katib videomüraciətində hər bir ölkənin monitorinq, erkən aşkarlama və sürətli reaksiya planlarına sərmayə qoymaqla və Ümumdünya Səhiyyə Təşkilatının nüfuzunu artırmaqla növbəti pandemiyaya hazırlaşmalı olduğunu bildirib.
Mövcud COVID-19 pandemiyası ilə ədalətli və bərabər səviyyədə mübarizə aparılmalı olduğuna diqqət çəkən Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40%-nin, bu ilin ortasında isə 70%-nin peyvənd olunması strategiyanı açıqlamışdı. Onun sözlərinə görə, dünya bu hədəflərdən hələ çox uzaqdadır.
“Bu utancvericidir. Lakin yüksək gəlirli ölkələrdə vaksinasiya göstəriciləri Afrika ölkələrindən yeddi dəfə yüksəkdir”.
Baş katib qeyd edib ki, bütün ölkələr və bütün istehsalçılar COVAX mexanizmi üçün vaksinlərin tədarükünü prioritetləşdirməli, texnologiyaları paylaşmalı və bütün dünyada testlərin, peyvəndlərin və müalicə vasitələrinin yerli istehsalını dəstəkləməlidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:06 / 18.01.2022
BMT-nin Baş katibindən QORXUNC PROQNOZ - Dünya növbəti pandemiyaya hazırlaşsın
Hazırda oxunan: BMT-nin Baş katibindən QORXUNC PROQNOZ - Dünya növbəti pandemiyaya hazırlaşsın
Hazırda oxunan: BMT-nin Baş katibindən QORXUNC PROQNOZ - Dünya növbəti pandemiyaya hazırlaşsın
55907
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.